logo

Milli iqtisadiyyata qoyulan 450 milyon manatlıq baş daşı-Ekspert rəyi

10:11 18-01-2021 | icon 2548
Milli iqtisadiyyata qoyulan 450 milyon manatlıq baş daşı-Ekspert rəyi
Foto bölməsində təqdim olunan ardıcıllıqla Azərbaycanın, Rusiyanın, Belarusun , Ukraynanın İsveçrənin və Norveçin Mərkəzi Banklarının ofis binalarıdır.
 
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" hesabında məlumat paylaşıb. 
 
Onun sözlərinə görə, 10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata 160 metr hündürlüyündə və 32 mərtəbərli inzibati binanın tikintisinə heç bir lüzum yoxdur. 
Qubad İbadoğlu fikirlərini belə əsaslandırıb: 
"144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, siyasi elitanın Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir. 10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati bina tikiləcək və hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək. Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək. Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq. Hələ qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə təchizatı və digər xərcləri vardır.
Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri 350 manat olacaq. Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb".
 
Rusiyanın Mərkəzi Bankının inzibati binası:
0-0-2
 
Ukraynanın Mərkəzi Bankının inzibati binası:
0-0-3
 
Belarusun Mərkəzi Bankının inzibati binası:
0-0-4
 
İsveçrə Mərkəzi Bankının inzibati binası:
0-0-5
 
Norveç Mərkəzi Bankıının inzibati binası:
0-0-6