Qarabağda tapılan daha 2 erməni hərbçisinin cəsədi qarşı tərəfə təhvil verilib.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, cəsədlər Talış-Suqovuşan istiqamətində qarşı tərəfə qaytarılıb.
Erməni tərəfi cəsədlərin tanınmaz halda olduğunu, onların kimliyinin müəyyən olunması üçün ekspertiza təyin ediləcəyini açıqlayıb.
Xəbərda bildirilib ki, indiyədək Qarabağda aparılmış axtarış işləri nəticəsində 1232 erməni hərbçinin cəsədləri və ya onların qalıqları tapılıb.