logo

Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

17:27 15-01-2021 | icon 2009
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 494 nəfər müalicə olunaraq sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 213 min 773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib. Aktiv xəstə sayı 9793 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 302 min 843 test aparılıb. Bugünkü test sayı isə 7231-dir.