Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qram heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə 25 kiloqram 286 qram heroin, 5 kiloqram 156 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.