Azərbaycanda koronavirus infeksiyasından 1159 nəfər müalicə olunaraq sağalıb, 380 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 226 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 213 min 279 nəfər müalicə olunaraq sağalıb, 2971 nəfər vəfat edib. Aktiv xəstə sayı 9950 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 295 min 612 test aparılıb. Bugünkü test sayı isə 7653-dür.