logo

İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq-DİM sədri

17:11 14-01-2021 | icon 1981
İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq-DİM sədri

“Yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik”.

YeniAvropa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür: “Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.

M.Abbaszadə onu da qeyd edib ki, qəbul imtahanlarında mütləq Vətən Müharibəsi ilə bağlı suallar olacaq. Bununla bağlı “Abituriyent 1” jurnalında müəyyən məqalələr çap olunacaq: “Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb”.