Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü“isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.