logo

Azərbaycanda daha 519 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

17:30 12-01-2021 | icon 1729
Azərbaycanda daha 519 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1276 nəfər müalicə olunaraq sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 min 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib. Aktiv xəstə sayı 11607 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 279 min 907 test aparılıb. Bugünkü test sayı isə 7898-dir.