logo

Yol polisinin saxladığı avtomobildə 2 kq-dan artıq narkotik vasitə aşkarlanıb

14:08 12-01-2021 | icon 1841
Yol polisinin saxladığı avtomobildə 2 kq-dan artıq narkotik vasitə aşkarlanıb

Yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən bildirilib. 

Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyənləşdirilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları avtomobilin salonunda ağ rəngli kristallarla dolu bükülülər aşkarlayıblar. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.