logo

Sığorta şirkətinin əmlakları hərracda eyni adama satıldı

16:07 11-01-2021 | icon 2716
Sığorta şirkətinin əmlakları hərracda eyni adama satıldı

Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı yanvarın 11-də növbəti hərrac keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə ASC-dən bildirilib.Qeyd edilib ki, hərracda “Lada Niva” və “Hyundai Accent” markalı iki nəqliyyat vasitəsi satışa çıxarılıb. “Lada” markalı nəqliyyat vasitəsini almaq üçün iddialı iki şəxs - Nəzərov Emin Rzaqulu oğlu və Hüseynov Elçin Yavuz oğlu iştirak ediblər. 5130 AZN ilkin satış qiyməti ilə başlanmış hərrac 5630 AZN satış məbləği ilə tamamlanıb. 500 manatlıq qiymət artımı ilə Hüseynov Elçin Yavuz oğlu hərracın qalibi olub. Təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.

“Hyundai Accent” markalı nəqliyyat vasitəsinin hərracında isə üç iddiaçı - Nəzərov Emin Rzaqulu oğlu, Hüseynov Elçin Yavuz oğlu və Həsənli Qulam Hikmət oğlu iştirak ediblər. Beş dəfə 500 manatlıq hərrac addım ilə qiymət artırılıb və nəticədə ilkin satış qiyməti 9900 AZN olan nəqliyyat vasitəsi 12 min 400 AZN qiymətə satılıb. Hərracın qalibi Hüseynov Elçin Yavuz oğlu olub. Əsaslı təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.