logo

Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

16:31 10-01-2021 | icon 1974
Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 1593 nəfər müalicə olunaraq sağalıb, 601 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 224 min 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 208 min 681 nəfər müalicə olunaraq sağalıb, 2909 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 61 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 267 min 923 test aparılıb. Bugünkü test sayı isə 8368-dir.