Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, hazırda qəzanın aradan qaldırılması işləri aparılır.