Bakıda son illər ərzində ən isti temperatur 2018-ci ilin iyulunda müşahidə edilib və həmin vaxt paytaxtda temperatur 44 dərəcəyə yüksəlib.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Xidmət rəisinin dediyinə görə, Bakıda ən soyuq hava şəraiti isə 2012-ci ilin fevralın 8-də olub. Həmin gün paytaxtda mənfi 11 dərəcə şaxta qeydə alınıb. Buna qədərki ən soyuq hava ilə əlaqədar rekord göstərici isə 1969-cu ildə müşahidə edilmişdi və o vaxt hava mənfi 9 dərəcə olub.