Azərbaycanda koronavirus infeksiyasından 1931 nəfər müalicə olunaraq sağalıb, 685 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 222 min 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 203 min 527 nəfər müalicə olunaraq sağalıb, 2845 nəfər vəfat edib. Aktiv xəstə sayı 16513 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 241 min 908 test aparılıb. Bugünkü test sayı isə 9915-dir.