logo

Bacısını öldürüb körpüdən suya atan qardaşın məhkəməsi başlayır

11:31 07-01-2021 | icon 1834
Bacısını öldürüb körpüdən suya atan qardaşın məhkəməsi başlayır

Ötən il avqustun 31-də saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Şabran rayon Prokurorluğundan bildirilib.Qeyd edilib ki, istintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərindəki körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.