logo

Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadıldı

16:06 06-01-2021 | icon 1785
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadıldı

Binəqədi rayon Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev və Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmovun barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.

YeniAvropa xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Xatırladaq ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev və Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.