Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan yeddi qramdan çox heroin və metamfetamin aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini L.Abuzərovanı da polis əməkdaşları müəyyənləşdirərək saxlayıblar. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülüb.