Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusdan vəfat edib.
Məlumata görə, o, bir müddət öncə koronavirusdan xəstəxanaya yerləşdirilib. 57 yaşlı İ.Nəsirov bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, İ.Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.