Son sutka ərzində İranda 6 min 113 nəfər virusa yoluxub, 98 nəfər isə həyatını itirib. Halbuki, noyabr və dekabrın əvvəlində sutka ərzində yoluxanların sayı 14 mindən, ölənlərin sayı isə 350 nəfərdən çox olurdu.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyini mətbuat katibi Sima Səadət Lari verib.
O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 255 min 620-ə, ölənlərin sayı isə 55 min 748-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 4 min 824 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 1 milyon 29 min 28 xəstə sağalaraq evə buraxılıb.