"İndi hamının diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb".
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev özünün "Facebook" hesabında status paylaşıb. O, Tarif Şurasının ötən gücə qəbul etdiyi yeni qərarına aydınlıq gətirib.
Ekspert statusunda Tarif Şurasının qərarının hansı sahələri əhatə edəcəyini açıqlayıb:
1. Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
1. Sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
1. Sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
1. Sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)
2. Sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
1. Pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
2. Kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib.
Həyətyanı və bağ sahələri üzrə:
1. Sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)
2. Sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)
Samir Əliyev siyahının böyük olduğunu vurğulayıb:
"Orta hesabla bütün qiymətlər 2 dəfə artıb".