Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.
YeniAvropa xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı olub.
Məsələyə Müdafiə Nazirliyi də münasibət bildirib.
Nazirliyin açıqlamasında Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası olmadığı bildirilib.
Müdafiə Nazirliyindən həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.
Kamil Zeynallının “Facebook” profilindəki sözügedən kadrları təqdim edirik: