logo

Əli Həsənovun oğlu ABŞ-a köçdü-Pullarını da ölkədən çıxarır

19:49 02-01-2021 | icon 1848
Əli Həsənovun oğlu ABŞ-a köçdü-Pullarını da ölkədən çıxarır

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb. 

YeniAvropa xəbər verir ki, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb. 

O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.

Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ailəsi Azərbaycanda otel, turizm,inşaat, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov "BBC"-nin sualına cavabında "ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm" deyə cavab vermişdi. 

Əli Həsənovun oğlu ABŞ-a köçdü —  Pullarını da ölkədən çıxarır