logo

Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

16:06 30-12-2020 | icon 2905
Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

2021-ci il yanvarın 1-dən Azərbaycanın daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) bildirilib.

Qeyd edilib ki, AQTA-nın Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr nəticəsində  "Binə Aqro" QSC, "AQROSELL" MMC, "Bakı Aqropark" MMC, "EKO AQRO" MMC, "Zirə Aqrokompleks" MMC, "BQ AQRO" MMC, "Gözəl Təbiət" MMC, "AGRO ART" MMC, "AQRO-FAVORİT" MMC, "Binə İstixana Kompleksi" MMC, "SHAMKİR GREENHOUSE" MMC, "GREEN TECH" MMC, "BAKİNSKİ" MMC, "POZİTRON" MMC və Əhmədova Aida Cavad qızına məxsus müəssisələrdən Rusiyaya pomidor ixracına icazə verilib.

Hazırda AQTA ilə "Rosselxoznadzor" arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl  "Rosselxoznadzor"  tərəfindən 17 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Bununla da ölkəmizdən Rusiya Federasiyasına pomidor ixracına icazə verilən müəssisələrin sayı 32-yə çatıb.

Xatırladaq ki, “Rosselxoznadzor” Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar  dekabrın 10-dan onların ölkəyə idxalını qadağan etmişdi.

Qabağalara səbəb guya pomidorda Cənubi Amerika pomidor güvəsi , almalarda isə şərq almaqurdunun aşkarlanması deyilirdi. 

İqtisadçı alim Qubad İbadoğlu isə məsələyə fərqli yanışırdı. Onun sözlərinə görə, Rusiya bazarına Azərbaycanda yetişdirilən pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir.

"Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib.
Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.
Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. Çünki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar",-deyə iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkə hesabında qeyd edib.