Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 14 cinayətin üstü“isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.