DİN: İş icazəsi ilə istirahət mərkəzinə gedənlər cəzalandırılacaq
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az” portalına daxil edilən məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə bir daha nəzərə çatdırırıq ki, həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.
Daxili İşlər Nazirliyi vətəndaşları xəbərdar edir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi reydlər keçiriləcək və bu zaman iş icazələrindən sui-istifadə edərək istirahət mərkəzlərində olan şəxslər aşkar ediləcəyi təqdirdə belə icazələr ləğv ediləcək, habelə onlar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Səbrli və anlayışlı vətəndaşlarımıza qabaqcadan təşəkkür edirik", - deyə Mətbuat Xidmətindən bildirilib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb