Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Məlikov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 177 qramdan artıq heroin, 154 qramdan çox metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqramdan artıq heroin, 820 qram metamfetamin və bir elektron tərəzi aşkarlanaraq götürülüb.