Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları"(Ukraine İnternational) aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki , bu barədə şirkətin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Ukrayna paytaxtından Bakıya aviareyslərin biletləri artıq satışa çıxarılıb.
Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtındakı Borispol Beynəlxalq Hava Limanından , hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.