Azərbaycanda koronavirus infeksiyasından daha 4255 nəfər müalicə olunaraq sağalıb, 1428 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 213 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 164 min 500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib. Aktiv xəstə sayı 46238 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 141 min 798 test aparılıb. Bugünkü test sayı isə 12507-dir.