logo

Safura Əlizadənin atası həbsdən ev dustaqlığına buraxıldı

16:13 26-12-2020 | icon 2373
Safura Əlizadənin atası həbsdən ev dustaqlığına buraxıldı

Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Səlim Əlizadə və Fərhad Mollazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

YeniAvropa xəbər verir ki,  təqdimatlara hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda vəsatət təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar.

Xatırladaq ki, bu ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə və  İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə çoxsaylı qanunsuz əməllərə yol verdikləri üçün həbs ediliblər.

Qeyd edək ki, həbs olunan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə 2010-cu ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Safura Əlizadənin atasıdır.

Safura Əlizadə 2013-cü ildə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə Fərhadla Türkiyənin Bodrum şəhərində ailə həyatı qurub. Bir oğlanları var.