logo

32 yaşlı DYP zabiti koronavirusdan dünyasını dəyişdi

19:29 25-12-2020 | icon 1715
32 yaşlı DYP zabiti koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda daha bir polis əməkdaşı koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki,Qazax rayon Polis Şöbəsinin Yol Polisi bölməsinin rəis müavini, 32 yaşlı polis kapitanı Əliyev Fərid Koroğlu oğlu dünyasını dəyişib. 

 
Mərhumun yaxınları sosial şəbəkədə bununla bağlı xəbər paylaşıblar. Qeyd edilib ki, DYP zabitinin ölümünə səbəb COVİD-19 infeksiyasına yoluxması olub.