“Bacım ağılsızlıq və tamahkarlıq edib”-Qalmaqallı direktorun qardaşı
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova karantin qaydalarını pozaraq özünə təmtəraqlı yubiley mərasimi keçirib. Direktorun bu addımı cəmiyyətdə birmənalı qarşılanmadı və təhsil naziri Emin Əmrullayevin qərarı ilə Nailə Məmmədovaya şiddətli töhmət verildi. Ardınca Daxili İşlər Nazirliyi bu barədə məlumat yayaraq bildirdi ki, Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.
YeniAvropa xəbər verir ki, məsələnin böyüdüyünü anlayan məktəb direktoru ad günündə çəkilən görüntülərlə bağlı üzr istəyərək Vətən müharibəsi başlayandan sonra Azərbaycan əsgərlərinin yanında olduğunu, şəhidlərin dəfnində iştirak etdiyini açıqlayıb və əlavə edib ki, özünə ad günü keçirməyib, 60 illik yubileyinin Qubadlının işğaldan azad olunması gününə təsadüf etdiyi üçün ona hədiyyə edilən tortu kəsərək yaxınları ilə birlikdə qələbəni bayram ediblər. Eyni zamanda bunu anasının təkidi ilə etdiyini də qeyd edib. Məktəb direktorunun bu davranışı ölkə ictimaiyyəti və ziyalıları tərəfindən də sərt tənqid edildi.
Xatırladaq ki, məktəb direktoru bundan öncə də qalmaqallı açıqlamaları ilə bir neçə dəfə gündəmə gəlib. Belə ki, üç il əvvəl Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin müəllimlərindən biri təhsil nazirinə məktub yazaraq, sözügedən direktordan şikayət edib, onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Axar.az saytının əməkdaşı məhz həmin şikayətlə bağlı açıqlama almaq üçün Nailə Məmmədova ilə əlaqə saxlayıb. Onun cavabı isə belə olub: “Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb? Sübutun varsa, yaz! Duxun varsa, dediklərinin arxasında dayan! Çox ayıb olsun. Sənin "axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”
Direktorun jurnalistə qarşı etdiyi hörmətsizlik və verdiyi cavab onu tənqid obyektinə çevirib, rəhbərlik tərəfindən ona şiddətli töhmət verilib. Direktorun bir digər qalmaqalı isə ondan 5 min manat rüşvət tələb edən sayt rəhbərindən şikayət edərək onu həbs etdirməsi ilə bağlı olub. Bu mövzu ilə bağlı direktorun məhkəmə prosesi də baş tutmuşdu. O, məhkəmədə "Sayt rəhbəri pulu almaq üçün məni evinə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən də mən onun evində danışaraq başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”, - demişdi.
Qeyd edək ki, məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır. O, Sonxeber.az-a bacısının etdiyi hərəkətlə bağlı açıqlama verərək, qanunu pozan insanların cəzalandırılmalı olduğunu bildirib:
“Nailə xanım həmin sərtləşdirilmiş karantin rejimindən qabaqkı dövrdə ağılsızlıq, tamahkarlıq edib 12 nəfərlə birgə keçirdiyi ad gününün bəlasına düşdü. O bəlanı da dövlət tərəfindən şiddətli töhmət, hüquq-mühafizə orqanları tərəfindən də ən yüksək cərimə edilməklə ödədi. Mən də İctimai Nəzarət Koalisiyasının rəhbəri kimi, dövlətin atdığı bu addımı dəstəkləyirəm. Qanunu pozan insanlar cəzalanmalıdır. Cəmiyyət, cinayət, cəza və onun həddi var. İnanıram ki, Nailə xanım bundan sonra belə səhvlərə yol verməyəcək”.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb