İşğaldan azad edilən ərazilərdə yeni qoruqlar yaradılacaq
İşğaldan azad olunmuş ərazilərdə əvvəllər 4 yasaqlıq, 2 dövlət təbiət qoruğu var idi. Onların vəziyyəti heç də yaxşı deyil. İlkin məlumatlara görə, Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarın kəsildiyi qeydə alınıb. Bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini vacib edir.
YeniAvropa xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Təbiət abidələri də xüsusi mühafizə olunan təbiət obyektidir. Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta 2000 il olan ağaclar vardı, onların əksəriyyəti kəsilib, daşınıb və məhv edilib. Gələcəkdə müvafiq təzminatın tələbi üçün hazırda qiymətləndirmə işləri aparılır. Ümid edirik ki, həmin xüsusi mühafizə olunan ərazilərdə yaxın gələcəkdə mühafizə rejimi tətbiq olunduqdan sonra təbii bərpa gedəcək və inkişaf etdiriləcək”, - deyə H.Əlizadə bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır: “Azərbaycanda işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə vətəndaşlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər. Orada həm mühafizə, həm də turizm rekreasiya komponenti olacaq”.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb