“Azəriqaz”dan vətəndaşlara növbəti xəbərdarlıq
Dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin 9 560 769 manat, eləcə də yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 1 164 708,86 manat borcun yığıldığına dair açıqlama yayıb. Bir daha qeyd edirik ki, borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun növbəti açıqlamasında bildirilir.
"Bunu nəzərə alaraq istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması barədə xəbərdarlıq da olunmuşdu. Bu xəbərdarlıqda vurğulanırdı ki, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin də qaz təchizatının mərhələli şəkildə dayandırılması gözlənilir. Bu gün bu prosesin icrasına başlayan "Azəriqaz”ın Bakı Regional Qaz İstismarı Departamenti və Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları müqavimətlə qarşılaşıb. Məcburi köçkünlər qaz təchizatının dayandırılmasına etiraz ediblər. Sabunçu rayonunun Məhəmmədi kəndi ərazisindəki qazanxananın qaz təchizatının dayandırılmasına dair vurulan plombları isə Birliyin işçiləri ərazidən ayrılan kimi qırıblar. Şirvan rayonundakı yaşayış məhəlləsindəki qazanxanaya isə yaxınlaşmaq mümkün olmayıb, ciddi müqavimət göstərilib. Bəzi ərazilərdə isə qısa müddətə möhlət istənilib.
Məlumatda deyilir ki, 8 722 məcburi köçkün ailəsinin kompakt məskunlaşdığı 1439 obyekt, eləcə də yeni salınan qəsəbələrdəki çoxmərtəbəli binalar üzrə 10 obyektin qazanxanasının borcu olmasına baxmayaraq gün ərzində yalnız Qəbələ rayonundakı yaşayış binasının qazanxanasının qaz təminatının dayandırılması mümkün olub.
Xatırladırıq ki, "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir", - deyə qurum bəyan edib.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır