logo

Azərbaycanda daha 1703 nəfər koronavirusa yoluxdu, 36 nəfər öldü

16:33 25-12-2020 | icon 1617
Azərbaycanda daha 1703 nəfər koronavirusa yoluxdu, 36 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 4359 nəfər müalicə olunaraq sağalıb, 1703 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 211 min 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 160 min 245 nəfər müalicə olunaraq sağalıb, 2416 nəfər vəfat edib. Aktiv xəstə sayı 49103 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 129 min 291 test aparılıb. Bugünkü test sayı isə 13300-dür.