Qışın ilk günləri İsmayıllı rayonunda da qarla müşayiət olunub. Hazırda qarın qalınlığı bəzi ərazilərdə 20-30 santimetrə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətindən bildirilib.Qeyd edilib ki, həyata keçirilən operativ tədbirlər nəticəsində yağan qar elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb.
Qarlı hava şəraitində İsmayıllının avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar “9 saylı Yol İstismarı” MMC tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib. Lakin gecə şaxtalı havada yolların buz bağlaması sürücülər üçün müəyyən çətinliklər yarada bilər.