logo

Qalmaqallı məktəb direktorunun növbəti videosu yayıldı

22:15 24-12-2020 | icon 1974
Qalmaqallı məktəb direktorunun növbəti videosu yayıldı

Xəbər verdiyimiz kimi 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova ötən gün karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirib.

Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb.

 YeniAvropa xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Buna görə də Təhsil Nazirliyi tərəfindən adıçəkilən direktora şiddətli töhmət verildi.

Töhmət alan məktəb direktorunun başında bayraqla rəqs edərkən çəkilən videosu da sosial şəbəkələrdə yayılıb.