logo

“Azercell” dən 1000-dən çox tibb işçisinə növbəti hədiyyə balansı

18:50 24-12-2020 | icon 2436
“Azercell” dən 1000-dən çox tibb işçisinə növbəti hədiyyə balansı

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

YeniAvropa xəbər verir ki, şirkət COVID-19-la savaşın ön cəbhəsində olan 1000-dən artıq həkim və tibb işçisinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 50 AZN hədiyyə balans yükləyib. Həkimlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. 

Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət həyatını riskə ataraq, fədakarlıqla öz vəzifə borcunu yerinə yetirən tibb işçilərinə müxtəlif aylarda hədiyyə balans yükləyərək rabitə dəstəyi göstərib. Bundan əlavə, şirkət infeksiyanın yayıldığı gündən etibarən həssas qrup kateqoriyadan olan insanları dəstəkləmək məqsədilə bir sıra mühüm sosial layihə və xeyriyyə aksiyaları reallaşdırıb.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz