logo

Nizami rayon sakinindən 4 kq narkotik vasitə götürülüb

13:53 24-12-2020 | icon 1694
Nizami rayon sakinindən 4 kq narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, paytaxtın Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə əldə edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs tutularaq istintaqa təqdim olunub. Əldə olunan narkotik vasitələrin mənbəyinin aşkarlanması istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.