logo

Astarada torpaq sürüşməsi aktivləşib

12:49 24-12-2020 | icon 1862
Astarada torpaq sürüşməsi aktivləşib

Son günlər ölkəmizin cənub bölgəsinə aramsız yağan yağışlar Astara rayonunun dağ kəndlərində sürüşmə sahələrində aktivliyi artırıb.

YeniAvropa xəbər verir ki, bu barədə Astara rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, rayonun Şümrüd kəndində baş verən son torpaq sürüşməsi nəticəsində 8 fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyündən həmin evin sakinləri təxliyə olunub. Evlərini tərk etmək məcburiyyətində olan sakinlər hələlik yaxın qohumlarının evlərində yerləşiblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri Şümrüd kəndində 9 hektar sahədə 18 fərdi yaşayış evinin texniki vəziyyətinin müəyyən olunması ilə bağlı əraziyə baxış keçiriblər.

Yaranmış vəziyyətlə bağlı Astara rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.