Azərbaycanın şimal rayonlarına qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ən çox qar Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 26 santimetrdən çoxdur. Quba şəhərinə 3, Qırız kəndinə 17, Xınalığa 11, Xızının Altıağac qəsəbəsinə isə 21 santimetr qar yağıb. Xınalıqda gecə saatlarında mənfi 10 dərəcə şaxta qeydə alınıb.
Dekabrın 24-ü səhər saatlarından başlayaraq Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisinə də qar yağmağa başlayıb. Artıq Xaçmaz şəhərinə 2 santimetrədək qar düşüb.