logo

Şimal bölgəsinə qar yağıb

10:10 24-12-2020 | icon 1792
Şimal bölgəsinə qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gündür davam edir. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qarın qalınlığı 20-25 santimetr təşkil edir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb. Yollara duz və qum qarışığı səpilib.