Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən müğənni Mətanət İsgəndərli cərimələnib.
YeniAvropa xəbər verir ki, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Sənətçi 200 manat məbləğində cərimə olunub. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Gün ərzində müğənni Mətanət İsgəndərlinin polis şöbəsində çəkilən fotolarının Daxili İşlər Nazirliyi tərəfindən yayılması gözlənilir.