Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 24-dən Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.
YeniAvropa xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəhbəri Anton Karmazin jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.
Xatırladaq ki, bundan əvvəl “Rosselxoznadzor” dekabrın 16-dan Xızı rayonunda yerləşən “Aqroterm” MMC, dekabrın 17-dən isə Kürdəmir rayonunun “Geotermal”, Salyan rayonunun “Gp Alfa greenhouse” və Masallı rayonunun müəssisələrindən, eləcə də Hacıqabul rayonunun “Hajigabul greenhaouse” MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə pomidor idxalına icazə vermişdi.