Azərbaycanda 7 milyona yaxın bank əmanətçisi var
Azərbaycanda 7 milyona yaxın əmanətçi var. Bunların çox böyük hissəsi kiçik və orta əmanətçilərdir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın(AMB) sədri Elman Rüstəmov məlumat verib.
AMB sədri bildirib ki, ölkədə bank faizlərinin aşağı salınması tendensiyası çox əhəmiyyətlidir. Yeni verilmiş kreditlər üzrə faizlər son iki ildə 5 faizdən çox aşağı düşüb. Təbii ki, bu amil bank və istehlak kreditlərinin faizlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır. Digər tərəfdən və ən əsası, biznes kreditlərinin faizinin aşağı düşməsi kiçik və orta müəssisələr üçün də əlçatan olmalıdır. Bu, onlar üçün öz bizneslərini qurmaq baxımından çox əlverişli olacaqdır.
Bank faizlərinin aşağı düşməsi prosesi təkcə Mərkəzi Bank tərəfindən görülmüş işlərlə kifayətlənməməlidir. Burada faizlərin müəyyən dərəcədə yüksək olması sual yaranmasına gətirib çıxarır. Bu da təbii olaraq, iqtisadiyyatda olan risklərin, bankların, biznesin riski ilə əlaqədardır. Biz çalışmalıyıq ki, digər qurumlarla birlikdə bu riskləri əhəmiyyətli dərəcədə azaldaq. Bu risklər bizə məlumdur və biz bunun üzərində işləyirik. Bank faizlərinin aşağı düşməsində görülmüş işlərin, aparılan islahatların rolunu yüksək qiymətləndirirəm. Biz bu islahatları daha da dərinləşdirməliyik.
Əmanətlərin sığortalanması məsələsi ilə bağlı fikirlərini də bölüşən Mərkəzi Bankın sədri daha sonra deyib: “Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi məktub əsasında əmanətlərin sığortalanması məsələsi gündəmdədir. Bunun üçün 100 min manat daxilində norma qoyulub. Bu, qonşu Rusiya, Türkiyə kimi ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Yeni təqdim olunan sistem çox səmərəlidir. Sistemə əsasən, əhalinin demək olar ki, 99,8 faizinin əmanətləri tam sığortalanır. Qalan 0,2 faiz insanların isə maliyyə bilikləri çox yüksəkdir. Belə insanlar əllərində olan vəsaiti qazandıqları kimi, idarə etməyi də bacarırlar və onlarla bağlı heç bir problem görmürəm. Amma onların da əmanətlərinin yüksək məbləğdə, məsələn, 100 min manat hissəsi sığortalanır. Ən başlıca məsələ, əhalinin 99,8 faizinin əmanətlərinin tam sığortalanmasıdır. Bizdə 7 milyona yaxın əmanətçi var. Bunların çox böyük hissəsi kiçik və orta əmanətçilərdir”.
Elman Rüstəmov vurğulayıb ki, əmanətlərin tam sığortalanması dövlət siyasəti olaraq kiçik əmanətçilərin qorunmasına yönəldilib. Yüksək gəlirli əmanətçilər isə maliyyə cəhətdən daha savadlı olduqlarından, onların əmanətlərinin qorunmasında heç bir problem yoxdur.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır