Ramiz Mehdiyevin adamından Əli Həsənovun kadrına böyük dəstək
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun personası ətrafında növbəti dəfə müzakirələr başlayıb. Buna səbəb STM-nin Azərbaycanda fəaliyyət göstərən telekanalların müharibə dövründəki fəaliyyətindən bəhs edən hesabat yayması olub. Siyasi müşahidəçilər, ictimai xadimlər, jurnalistlər və sosial şəbəkə iştirakçıları hesab edirlər ki, cənab Orucun cəmiyyətə təqdim etdiyi statistika reallığı əks etdirmir, siyasi sifarişin və "komanda təəssübkeşliyinin" məhsuludur.
YeniAvropa xəbər verir ki, hesabatda 44 günlük müharibə dövründə televiziyaların əhalinin əsas informasiya mənbəyi kimi çıxış etdiyi, 90,4 faiz insanın informasiyanı məhz TV-lərdən aldığı vurğulanır. Qeyd olunur ki, bu müddət ərzində ən çox baxılan TV kanalı 62,6 faizlə Azərbaycan Televiziyasıdır (AzTV). İkinci yerdə ATV dayanır – 60,2 faiz. Xəzər TV 59,8 faizlə üçüncü yerdə qərarlaşıb.
İştirakçı sayının az olması, sorğunun ölkənin kiçik bir ərazisini əhatə etməsi onun obyektivliyinə şübhə yaradır. Sözügedən sorğunun hansı metodologiyaya əsaslanaraq keçirilməsi də aydın deyil. Sorğunun 44 gün davam edən Vətən Müharibəsinin başa çatmasından təxminən 44 gün sonra keçirilməsi də qaranlıq qalmaqdadır. Cavabını gözləyən sualların sayının iki əlin barmaqlarının sayından çox olması bəzi mülahizələrin meydana çıxmasına səbəb olub.
Müşahidəçilər hesab edirlər ki, Zahid Oruc bu hesabatı yaymaqla "informasiya müharibəsində" "sinifdə qalan" AzTV sədri Rövşən Məmmədova yardım əlini uzadıb. Onların fikrincə, bir neçə gün əvvəl müharibə iştirakçılarından birinin təcrübəsizliyi üzündən AzTV-nin efirindən Azərbaycanın dövlət maraqlarına zidd fikirlərin səslənməsi bu qurumun rəhbərini çıxılmaz vəziyyətdə qoyub. Geniş texniki imkanlara malik olan dövlət televiziyasının efirindən Azərbaycanın Vətən Müharibəsindəki parlaq qələbəsinə kölgə salan qeyri-dəqiq informasiyanın tirajlanması AzTV-nin təkəbbürlü rəhbərini hakimiyyət kluarlarında "arzuolunmaz şəxs"ə çevirib. STM sədrinin tez-tələsik, obrazlı desək, "iki daşın arasında" telekanalların müharibə dövründəki fəaliyyətilə bağlı hesabat yaması da sırf deputat-sədrin Rövşən Məmmədovu xilas etməsinə hesablanıb.
Zahid Orucun "özünü yandırmaq" bahasına AzTV sədrini "yanğından" xilas etməsinin altında dayanan səbəb isə daha maraqlıdır. Ümumi rəy bundan ibarətdir ki, deputat-sədr bu hərəkəti ilə "komanda oyununa" sadiq qaldığını göstərir. Zahid Orucun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yaxın olduğu, məhz "boz kardinal"ın dəstəyilə beş ildən bir deputat mandatıyla mükafatlandırılması heç kimə sirr deyil. O da məlumdur ki, müharibədən bir müddət əvvəl cənab Oruc statusuna yaraşmayan açıqlama verərək, Türk Ordusunun Azərbaycana gəlməsinə etiraz etmiş, hətta bunu ölkəmizin Rusiya ilə münasibətlərini korlayacağını vurğulamışdı. Mətbuatda Ramiz Mehdiyevin qaranlıq keçmişinə işıq tutulduğu bir vaxtda STM sədrinin bu açıqlaması "boz kardinal"dan aldığı sifarişinin məhsulu kimi qiymətləndirilmişdi.
Siyasi müşahidəçilərin "köhnə oyunçu" kimi xarakterizə etdikləri Zahid Oruc bu dəfə daha mürəkkəb kombinasiya qurmağı hədəfləyib. Belə ki, o, üzdə AzTV- sədrinə dəstək verməklə, əslində, Prezident Administarisyasının keçmiş şöbə müdiri Əli Həsənova sadiq olduğunu nümayiş etdirib. AzTV sədrinin Əli Həsənovun kadrı olduğu, keçmiş şöbə müdrinə yaxın olan çox sayda jurnalistin məhz Rövşən Məmmədovun sayəsində AzTV-də öz postlarını qoruya bildiiyi ictimaiyyətə bəlli olduğu üçün Zahid Orucun gizli planı dərhal aşkara çıxdı.
Hazırda siyasi kluarlarda populyar olan bir sual isə hələ də öz cavabını gözləyir: kifayət qədər strateji əhəmiyyətə malik olan bir quruma rəhbərlik edən şəxsin hakimiyyətdaxili qarşıdurmada "cıqqılı intriqant"a çevrilməsi nə vaxta kimi davam edəcək?"Yenisabah.az"
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb