logo

29 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

10:57 23-12-2020 | icon 1575
29 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

 

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib. Qeyd edilib ki, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

Həmçinin 19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.