logo

Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən qəhrəman

17:31 22-12-2020 | icon 2730
Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən qəhrəman

Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olanlardan biri də Tural Qasımovdur.

YeniAvropa xəbər verir ki, Goranboyun Düzqışlaq kəndində doğulub boya-başa çatan T.Qasımov ailənin son beşiyi olub.

29 yaşlı hərbçi Tərtər istiqamətində gedən ağır döyüşlərdə düşmənə endirdiyi dəqiq atəş zərbələri ilə fərqlənib. Düşməni məhv edərək irəliləyən zaman T.Qasımov yaralanıb. Həmin vaxt yarasına məhəl qoymadan hərbçi yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına şəhid olub.

T.Qasımov ağır döyüşlərdə iştirak etsə də bunu valideynlərindən gizlətməyə çalışıb. Anasına söz verib ki, oktyabrın 11-də, həyat yoldaşının doğum günündə evə dönəcək. Oğul vədinə əməl edib, həmin gün o öz evinə dönüb, amma şəhid olaraq.

"BakuTV" xəbər verir ki, T.Qasımovun yeddi ay öncə dünyaya gələn oğlu Əli hələ ki, olanlardan xəbərsizdir. Böyüdükcə kitablardan oxuyub, doğmalarının dilindən eşidib atasının 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, qəhrəmanlığı ilə fəxr edəcək.