logo

Daxili İşlər Nazirliyi fişəng satıanlara xəbərdarlıq etdi

15:54 22-12-2020 | icon 1890
Daxili İşlər Nazirliyi fişəng satıanlara xəbərdarlıq etdi

Xırdalan şəhərindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Habil Babayev barəsində Abşeron rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.