Xəbər verdiyimiz kimi, bir müddət öncə pediatr Sədaqət Şahsuvarova tələbəsi plastik cərrah Vüqar Ələkbərov tərəfindən əməliyyat olunduqdan sonra dünyasını dəyişmişdi. Plastik cərrah Vüqar Ələkbərov ilə bağlı şikayətlər səngimək bilmir.
YeniAvropa xəbər verir ki, bir müddət öncə V.Ələkbarov tərəfindən rioplastika əməliyyatı olunanlar burunlarında deformasiya getdiyini bildiriblər. Hətta həkimin bir neçə il öncə əməliyyat etdiyini bildirən xəstələr sosial şəbəkələrdə burun ətraflarında mazola bənzər səpgilərin də yarandığını qeyd ediblər.
Xatırladaq ki, ötən ilin ortalarında 65 yaşlı həkim Sədaqət Şahsuvarova Avrasiya Hospitalında etdirdiyi liposaksiya əməliyyatından 4 gün sonra ölmüşdü.
Unikal.org