Azərbaycanın xalq artisti Səfurə İbrahimova vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə ailənin yaxınları məlumat paylaşıblar.
Qeyd edək ki, aktrisa 27 dekabr 1938-ci ildə Bakıda doğulub.
Səfurə İbrahimova Akademik Milli Dram Teatrının aktrisası idi. O, bir çox bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. Səfura xanımın məharətlə oynadığı "Arşın mal alan"da-Telli , "Qatır Məmməd"də -Həbibə, "Alma almaya bənzər"də - Mədinə, "Bizim Cəbiş müəllim"də - Nəcəfovun arvadı, "Dərviş Parisi partladır"da - Gülpəri , "Qayınana"da -Sədaqət və s. obrazları konosevərlərin yaddaşlarından silinməyib.
1967-ci ildə SSRİ dövründə Azərbaycanda rəsmi olaraq ilk dəfə keçirilən Novruz bayramında ilk bahar qızı olub.
Allah rəhmət eləsin.